• 28 Noyabr 2024 00:35

Ərinin ölüm ayağında olduğunu bilən kimi İNTİHAR ETDİ – Oğuzda AİLƏ DRAMI

Ötən gün Oğuzda baş verən intiharın təfərrüatları məlum olub. 

 

Oğuz rayonu Bucaq kənd sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva xərçəngdən əziyyət çəkən ərini itirmək qorxusundan canına qəsd edib.

Belə ki, Leyla Musayevanın əri, 70 yaşlı Eyyub Fərəc oğlu Musayev bir-neçə aydır ki, qan xərçəngindən əziyyət çəkir. Eyyub Musayev Oğuz Rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə alıb. Onun vəziyyəti ağır olduğu üçün  bir-neçə gün əvvəl xəstəxanadan evə göndərilib.

 

Noyabrın 26-sı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon filialının həkim briqadası çağırış əsasında Eyyub Musayevi müayinə etmək üçün onun yaşadığı ünvana gediblər. Müayinə zamanı Eyyub Musayevin vəziyyətinin kəskin ağır olması barədə ailəsinə məlumat verilib.

Ərinin ölüm ayağında olduğunu bilən Leyla Musayeva intihar etmək məqsədi ilə ailə üzvlərindən xəbərsiz sirkə turşusu içib.

 

Leyla Musayeva ərini müayinə etmək üçün gələn həkim briqadası tərəfindən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq Leyla Musayeva elə hadisə baş verən gün axşam saatlarında Oğuz RMX-nın reanimasiya şöbəsində dünyasını dəyişib.

Leyla Musayevanın qan xərçəngindən əziyyət çəkən əri Eyyub Musayev də elə həmin gün vəfat edib.

 

Ər-arvad bu gün Bucaq kənd qəbiristanlığında dəfn olunublar.  (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər