• 27 Noyabr 2024 22:41

“Lion”un baş məşqçisi: “Ötən turda Türkiyənin “Beşiktaş” komandasına uduzsaq da, bizdə hər şey qaydasındadır“.

“Lion”un baş məşqçisi: “Qarabağ”a yuxarıdan aşağı baxmaq olmaz

Fransanın “Lion” komandasının baş məşqçisi Pyer Saj (Pierre Sage) bu gün Bakıda mətbuat konfransı keçirib. Tədbir Avropa Liqasının 5-ci turunda sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyuna həsr olunub.

 

45 yaşlı fransalı mütəxəssis bu görüşə adi qaydada yanaşdıqlarını deyib: “O mənada ki, biz həm yaxşı oyun göstərmək, həm də uğurlu nəticə qazanmaq istəyirik”.

O, hazırda komandada müsbət ab-havanın hökm sürdüyünü də bildirib: “Ötən turda Türkiyənin “Beşiktaş” komandasına uduzsaq da, bizdə hər şey qaydasındadır“.

Baş məşqçi sabahkı matçda bəzi rotasiyalar aparacağını, lakin bunun az olacağını da söyləyib.

 

O, “Qarabağ” barədə müsbət fikirlər də səsləndirib. Pyer Saj bildirib: “Onlar çox yaxşı nəticə göstərməyə qadir komandadı. Biz bunu “Ayaks”la oyunda gördük. Rəqibin sürətli və təhlükəli futbolçuları var. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Sabah yaxşı səviyyədə oynamalıyıa. Düşünürəm ki, bizi sabah ciddi cağırış gözləyir. Biz əsasən onların Avropa kuboklarındakı matçlarını analiz etmişik. Məhz bu oyunlara əsasən qarşılaşmaya köklənmişik”.

 

Pyer Saj hazırda “Qarabağ”da çıxış edən Yasin Benzianın bir vaxtlar “Lion”da oynadığını da xatırladıb. “Sabah o, keçmiş komanda yoldaşlarına qarşı oynayacaq. Onlar (Benzia və Fransada “Lans” klubunda çıxış etmiş “Qarabağ”ın digər futbolçusu Abdullah Zubir – red.) yaxşı oyunçulardır. Amma bizim diqqətimiz təkcə onların üzərində yox, bütün komandada olacaq”.

 

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər