MTK ilə icra hakimiyyəti arasında nə baş verib?
“Tac 1 Residence” Mənzil-Tikinti Kooperativi (MTK) Nəsimi Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Tacxeber.com Valyuta.az-a istinadən xəbər verir ki, məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.
Birinci instansiya məhkəməsi MTK-nın iddiasını təmin etmədiyindən apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.