Qəhvə insan bağırsaqlarına necə təsir edir?
Alimlər qəhvənin insan bağırsaqlarında bəzi faydalı bakteriyaların sayını artırdığını aşkar ediblər.
Tacxeber.com xəbər verir ki, bu barədə “Nature Microbiology” yazır.
Mütəxəssislər qəhvə içənlərlə qəhvə içməyənlərin bağırsaq mikrobiomlarını müqayisə edərək, onların bəzi əhəmiyyətli fərqlərinin olduğunu qeyd ediblər. Qəhvəni sevən və ondan istifadə edənlərin bağırsaq mikrobiomunda qəhvə içməyənlərə nisbətən səkkiz dəfə daha çox faydalı bakteriya var.