Ağadadaş Ağayevin başı dərddə, ona ittiham elan edildi.
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Tacxeber.com Oxu.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib.
Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib. Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib. Onun vəkili də müvəkkilinin ifadəsinə hazırlaşmağı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin olub.