• 09 Dekabr 2024 21:37

Bayden odla oynayır – Amerikalılar təhlükə qarşısında

ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası odla oynayır, onun Ukrayna ilə bağlı qərarları amerikalıları real təhlükə ilə üz-üzə qoyub.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “American Conservative” jurnalına analitik Demri Skott Qreqqo deyib.

 

“Bayden administrasiyasının qərarları son dərəcə təhlükəlidir. Amerikalılar indi real təhlükə altındadırlar və əgər onlar həyatlarını itirirlərsə, bütün bunlar yeni bir eskalasiya üçün bəhanə kimi istifadə edilə bilər” – deyə ekspert bildirib.

 

Qreqqo vurğulayıb ki, amerikalılar ABŞ prezidenti Donald Trampı seçərək Ukraynada gərginliyin artmasına qarşı səs veriblər, lakin Bayden hələ də münaqişənin təhdidedici sürətlə artmasına təkan verir./Teleqraf.com

Tacxeber.com

Oxşar xəbərlər