• 26 Dekabr 2024 19:47

Qonşunun “Qaynım bu dərmanı alır, sən də al” tövsiyəsinin aqibəti – “Bu, çox vacib məsələdir”

Son vaxtlar xaricdən bir çox məhsulla yanaşı, dərman sifarişləri də xeyli artıb. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, xaricdən gətirilən dərmanlar yerli apteklərdə satılanlardan daha keyfiyyətli və ucuzdur. Lakin bu özündə bir sıra problemlərin meydana çıxması ilə nəticələnə bilər. Hər şeydən öncə dərman qəbulunun insan həyatına ciddi təhlükə yarada biləcəyini unutmaq olmaz.

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Dövlət Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, belə dərmanlar bir çox hallarda təhlükəli fəsadlar səbəb olur:

“Əgər dərman maddəsinin vaxtı keçibsə, tərkibində nəzərdə tutulan maddələr yoxdursa, onlar düzgün saxlanmırsa və hətta diaqnoza uyğun təyin olunmursa, təbii ki, təhlükəlidir.

 

İndi aptekdən həkim resepti olmadan dərman almaq demək olar ki, dəbdir. Qonşuların və yaxınların verdiyi tövsiyələrlə alınan pereparatlar əksər vaxt mənfi təsir göstərir. Çünki diaqnoza uyğun gəlmir. Məsələn, hipertoniya bir bir xəstədə beyinlə, başqa bir şəxsdə ürək-damarla bağlı ola bilir”.

Professorun fikrincə, dərman keyfiyyətinin artırılması bilavasitə yerli istehsalla bağlıdır:

 

“Bu problemlərin həllini o zaman görəcəyik ki, yerli istehsal olsun. Belə olan təqdirdə həm istifadə qaydalarına, həm də keyfiyyətinə cavabdeh ola bilərik.

 

Xaricdən gətirilən və yaxud sifariş edilən dərmanlar tələblərə cavab verməlidir. Xəstələrimizə başa salmalıyıq ki, hansı dərmanları hansı qidalarla qəbul etmək lazımdır. Bu, çox vacib məsələdir”.

Tacxeber.com

Oxşar xəbərlər