Bu ölkə 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmağı qadağan edir
Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Tacxeber.com championat.com-a istinadən xəbər verir ki, sənəd bir ildən sonra – 2025-ci ilin sonunda qüvvəyə minəcək.
Qanun 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə qeydiyyatdan keçməsinə və istifadəsinə tam qadağa qoyulmasını nəzərdə tutur. Bu o deməkdir ki, onlar hətta valideyn icazəsi olsa belə, “TikTok”, “Reddit”, “X” və digər platformalardan istifadə edə bilməyəcəklər.
Eyni zamanda, məhdudiyyətlər artıq sosial şəbəkələrdə qeydiyyatdan keçmiş uşaqlara təsir etməyəcək.