Günəş fırtınaları olacaq, internet çökəcək
2025-ci ildə Günəş fəallığının dövri artması nəticəsində güclü Günəş fırtınalarının baş verəcəyi və bu fırtınaların qlobal internet şəbəkələrinə ciddi təsir göstərə biləcəyi barədə proqnozlar verilir.
Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, xüsusilə, alimlər belə bir hadisənin koronal kütlə atışlarından (CME) qaynaqlana biləcəyini və bunun geomaqnit fırtınalarına səbəb ola biləcəyini bildirirlər.
Stanford Universiteti alimlərinin araşdırmasına görə, okeanaltı fiber-optik kabellərin təkrarlayıcı cihazları bu cür hadisələrdən zərər görə, bu isə qlobal internet infrastrukturunun çöküşünə səbəb ola bilər. Onların fikrincə, bu cür hadisələr zamanı əsas məlumat yönləndirmə protokolları və DNS sistemləri də zədələnə bilər ki, bu da uzunmüddətli fasilələrə səbəb olar.