Gürcüstanda XİN-lə yanaşı, Müdafiə Nazirliyi daxilində də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar yüksəlir.
Nazirliyin 40-dan çox əməkdaşı bu gün bəyanat imzalayaraq ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər.
Bəyanatda bildirilir ki, Avropa və avroatlantik strukturlara inteqrasiya Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur. MN əməkdaşları bəyan ediblər ki, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş vəzifələri (avroatlantik inteqrasiya) yerinə yetirməyi borc sayırlar və ölkənin Avropa gələcəyi naminə xidmətə davam edəcəklər.