Makron Netanyahu ilə BARIŞDI – İsrail lideri Fransaya getsə, həbs olunmayacaq
Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol almaq müqabilində İsrailin baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına əməl etməməyə razılaşıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, order verildikdən az sonra Fransa prezidenti Netanyahuya zəng edərək Parisin BCM-ə hörmət etməyə və onunla tam əməkdaşlıq etməyə borclu olduğunu bildirib.
Lakin Makron rəsmi Parisin Livan razılaşmasında rol oynaması müqabilində Netanyahuya toxunulmazlığın verilməsinə razılaşıb.
Jurnal vurğulayır ki, məhz bu telefon danışığı zamanı Fransa ilə İsrail arasında “Netanyahuya toxunulmazlığın verilməsi ilə bağlı son fikir ayrılıqları” həll olunub.
Qeyd edək ki, daha əvvəl əvvəl Fransa Xarici İşlər Nazirliyi BCM-nin orderinə baxmayaraq, Netanyahunun Fransa ərazisində saxlanmayacağını bildirmişdi. Bəyanatda deyilir ki, Fransa qanunlarına görə, Netanyahu və digər nazirlərin toxunulmazlığı var. BCM onun həbsini və ekstradisiyasını tələb edərsə, bu, nəzərə alınacaq.