Ağadadaş Ağayev Xalq artisti fəxri adından məhrum edilir? – SENSASİYA!
Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə mübahisəsindən sonra başladılan məhkəmə prosesi onunla bağlı bəzi məsələləri gündəmə gətirib. Hazırda məhkəmə prosesi davam edir. Lakin sosial şəbəkələrdə aparılan müzakirələrdə diqqətçəkən məqam, proses fonunda müğənninin “xalq artisti” titulunun ondan alınması təklifidir. Belə bir şey mümkündürmü? Ümumiyyətlə sənət adamlarından hansı halda “xalq artisti” titulu alına bilər?
Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, cinayət törədən şəxslərin titulu əlindən alına bilər. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 15-ci bəndinə əsasən fəxri ada layiq görülmüş şəxslərdən bu titullar aşağıdakı hallarda alına bilər: