• 03 Aprel 2025 01:33

Bu gün Misli Premyer Liqasında bu oyunlar keçiriləcək.

Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək.

 

Günün birinci matçı olaraq meydana “Şamaxı” və “Kəpəz” komandaları çıxacaqlar. Şamaxı şəhər stadionunda təşkil olunacaq matçın start fiti 14:30-da səslənəcək.

 

Tacxeber.com xəbər verir ki, “Şamaxı” kollektivi 13 xalla turnir cədvəlində 7-ci, aktivində 7 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.

 

Günün digər görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq. “Zirə” 20 xalla 5-ci, “Sumqayıt” isə 16 xalla 6-cı yerdədir.

 

Xatırladaq ki, turun daha əvvəl baş tutan oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” isə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 1-də yekun vurulacaq.

Tacxeber.com

Oxşar xəbərlər