• 09 Dekabr 2024 21:06

Zelenskidən MÜHÜM AÇIQLAMA: “NATO-ya üzvlük müqabilində müharibəni bitirməyə hazırıq”

Zelenski Rusiya işğal etdiyi torpaqları qaytarmasa belə, NATO-ya üzvlük müqabilində müharibəni bitirməyə hazırdır.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “SkyNews”a açıqlamasında bildirib.

“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq”, – deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya qəbulu “müharibənin qaynar mərhələsinə” son qoyacaq və sonradan Rusiya Federasiyası tərəfindən “diplomatik yolla” ələ keçirilən ərazilərin qaytarılması ilə bağlı razılığa gəlməyə kömək edəcək.

Tacxeber.com

Oxşar xəbərlər