Zelenskidən MÜHÜM AÇIQLAMA: “NATO-ya üzvlük müqabilində müharibəni bitirməyə hazırıq”
Zelenski Rusiya işğal etdiyi torpaqları qaytarmasa belə, NATO-ya üzvlük müqabilində müharibəni bitirməyə hazırdır.
Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “SkyNews”a açıqlamasında bildirib.
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq”, – deyə Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya qəbulu “müharibənin qaynar mərhələsinə” son qoyacaq və sonradan Rusiya Federasiyası tərəfindən “diplomatik yolla” ələ keçirilən ərazilərin qaytarılması ilə bağlı razılığa gəlməyə kömək edəcək.