• 30 Noyabr 2024 20:20

Zelenskinin yerinə real namizəd – Britaniya qəzetindən sensasiya

Ukrayna müharibəsinin başlamasından bu yana Prezident Volodimir Zelenskinin reytinqi də azalıb. Ukraynalıların çoxu artıq onu özlərinin növbəti prezidenti kimi görmürlər.

 

Tacxeber.com xəbər verir ki, bu iddia ilə “The Times” çıxış edib.

Qəzet yazır ki, Kiyev Sosial Monitorinq Mərkəzinin keçirdiyi sorğudan sonra Zelenskini dəstəkləyənlər respondentlərin cəmi 16%-ni təşkil edib. 60%-i isə Zelenskinin yenidən namizəd olmasına qarşı çıxıb.

 

“Üç il genişmiqyaslı müharibənin getdiyi ölkədə populyar prezident olmaq çox çətindir. İnsanlar yorulublar və demək olar ki, hər kəsin itirdiyi kimsə var. Bu, Zelenski üçün çox böyük çağırışdır” – qəzetə danışan ukraynalı deputat Aleksandr Ustinov deyib.

Bununla belə hazırda sorğularda əsas liderlik Ukrayna ordusunun keçmiş komandanı, hazırda Britaniyada səfir olan Valeri Zalujnıdır.

 

Zalujnını dəstəkləyənlərin sayı əhalinin 27%-ni təşkil edib:

“Zalujnını Zelenski fevralda, müharibənin aparılması ilə bağlı fikir ayrılığı şayiələrindən sonra istefaya göndərib. O həmçinin Ukraynada ən etibar edilən sima hesab olunur. Lakin Zalujnı hələ özünün siyasi ambisiyalarını elan etməsə də, səfir təyin edilməsini bəzi analitiklər Zelenskinin onu arxa plana atmaq cəhdi kimi dəyərləndirirlər”.

 

Bununla belə müharibənin 3 ilə yaxındır getdiyi ölkədə hələ də növbəti seçkilərin nə vaxt baş tutacağı bilinmir. Qəzet yazıb ki, Zelenskinin səlahiyyəti mayda bitib, yeni seçkilər isə müharibə ilə əlaqədar dayandırılıb. Ukraynalıların əksəriyyətinin bu qərarı dəstəklədiyi vurğulanıb.

“The Times” onu da qeyd edir ki, Zelenskinin populyarlığı yaxın zamanlarda daha da azala bilər. Buna da səbəb ABŞ-ın təklifi əsasında cəbhə üçün 18 yaşlı gənclərin də səfərbər edilməsidir. (Globalinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər