Bakıda sağlamlığa zərərli maddə alveri: Satış gizli şəkildə həyata keçirilir – HƏYƏCAN TƏBİLİ
Son günlərdə sosial şəbəkələrdə steroidlərin qanunsuz satışı ilə bağlı elanlar geniş yayılıb. Bu elanların əsas hədəfi isə xüsusilə idmanla məşğul olan gənclərdir.
Baku TV mövzu ilə bağlı elan səhifələrindən birinə yazaraq satıcı ilə əlaqə saxlamağa çalışıb.
Satıcı ilə söhbətdən məlum olub ki, satış tamamilə gizli şəkildə həyata keçirilir.
O, yalnız kuryer vasitəsilə çatdırılma etdiyini və artıq heç bir məlumat verməyəcəyini bildirib. Bütün bunlar steroidlərin qanunsuz dövriyyəsinin nə qədər gizli şəkildə təşkil olunduğunun göstəricisidir.
Məsələ ilə bağlı Baku TV-yə danışan həkim Abbas Bağırov bildirib ki, bu steroidlərdən təbabətdə vacib hallarda istifadə olunur:
“Gənclər, yeniyetmələr idmanla məşğul olduğu zaman əzələ çəkisinin kütləsini artırmaq üçün steroidlərdən istifadə edirlər. Endokrin, digər bütün orqanlar sisteminin fəaliyyətinə bu, mənfi təsir göstərə bilir. Eyni zamanda, steroidlərdən istifadə istər gənc qız, istərsə də oğlanlarda cinsi inkişaf problemlərinə gətirib çıxarır”.
Steroidlərin satışı və istifadəsi ilə məşğul olanları hansı cəzanın gözlədiyinə gəlincə isə hüquqşünas Vüsal Cəfərov qeyd edib ki, anabolik steroidlərin tibbi müəssisələrdə istifadəsi qanunidir: