Gürcü qüruru ilə Avropaya. (Düşünmək üçün) – Hadisələrin analizi
– Gürcüstanda məişət rüşvəti, korrupsiya varmı? Yoxdur.
– Gürcüstanda seçki institutu varmı? Var.
– Gürcüstanda bələdiyyələr, yerli özünüidarə institutları güclüdürmü, seçkilidirlərmi? Bəli.
– Gürcüstanda vergi-gömrük tarifləri normaldırmı, şəffaf işləyirlərmi? Bəli.
– Gürcüstanda investisiya şəraiti yaxşıdırmı? Əlbəttə.
– Gürcüstanda məhkəmələr ədalətlidirmi? Bəli.
– Gürcüstanda hüquq-mühafizə orqanları vətəndaşlara xidmət edirlərmi? Bəli.
– Gürcüstan diktatura, avtoriratizmləmi idarə olunur? Təbii ki, yox.
– Gürcüstanın indiki hökuməti “ruspərəsdirmi”? Bu iddanın özü belə absurddur, diplomatik əlaqələr yoxdur, Rusiya bütün rəsmi sənədlərdə işğalçı kimi tanınıb, Ukraynanın ərazi bötövlüyünü Gürcüstan bütün beynəlxalq tədbirlərdə tanıyıb, bu ölkə həm də Ukraynaya tam dəstək olan “Ramşteyn” qrupunun üzvüdür.
– Gürcüstan Rusiya ilə normal münasibətlər istəyirmi? Nədən istəməsin – ildə 1,4-1,5 mln. turist gəlir, onlar 2,5-3 mlrd. dollara yaxın vəsait xərcləyirlər. Gürcüstanın əsas ixrac malları olan spirtli içki bazarı Rusiyadadır, çünki, Avropa bazarı aşırı tənzimlənir, ora çıxmaq çətindir, onlarla sertifikat istəyirlər, bahadır, həm də orada İspaniya, İtaliya, Fransa kimi şərab ölkələri ilə rəqabət aparmaq çətindir. Amma urusa nə verirsən içir, hətta yenə istəyir, daha çox alır. Gürcüstan tək bu ilin ilk 10 ayında Rusiyaya 500 mln. dollarlıq spirtli içkilər satıb.
– Rusiya ilə normal münasibətlər qurmağa çalışmaq günahdırmı? Baxır hansı sahədə, Gürcüstan örnəyində günah deyil, hətta labüddür. Avropa Birliyi, Qərb bu münasibətlərə görə Gürcüstanı qınayırsa, onlara anti-demokratik deyirsə, bəs Rusiyaya göbəyindən bağlı olan, Kremlin başçılıq etdiyi KTMT, Avrasiya, Gömrük İttifaqlarının üzvü, Moskvaya sanksiyalardan yan keçməyə tam dəstək olan Ermənistanı nədən tərifləyib onlara “demokratiya” deyir?! Bu absurddur axı.