• 05 Dekabr 2024 06:25

Qədim əcdadlarımızın qəribə qohumluq əlaqələri: Sirlər açılır

Keniyada tapılan ayaq izləri sübut edir ki, iki fərqli qədim insan növü 1.5 milyon il əvvəl eyni vaxtda eyni bölgədə yaşayıb.

 

Tacxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, tədqiqatçılar ayaq izlərinin Homo erektus və Parantrop boysey (Homo erectus və Paranthropus boisei) növlərinə aid olduğunu açıqlayıblar.

Elm adamları deyirlər ki, bu iki növün yollarının kəsişməsi o dövrdə baş verənlərlə bağlı yeni sirləri açır.

 

Nəticələri “Science” jurnalında dərc edilən araşdırmaya görə, ayaq izləri Keniyanın şimalında, gölün yaxınlığında, qurumuş bataqlıq üzərində tapılıb.

 

İzlərin formasını tədqiq edən alimlər bu iki izin bir-birindən fərqli olduğunu aşkar ediblər. Onların fikrincə, ən yaxşı izahat izlərə iki müxtəlif növ kimi baxılmasıdır.

Tədqiqat antropoloq və paleontoloqların insanın qədim qohumlarının qarşılıqlı əlaqədə olduqları və birgə yaşadıqlarını anlamağa kömək edir. Daha geniş mənada, bu, növlər arasında hansı əlaqələrin olduğuna dair suallar doğurur.

Tacxeber.com

Oxşar xəbərlər