Şimali Koreya ən güclü sistemlərini Rusiyaya verdi
Şimali Koreya Rusiyaya 100 artilleriya sistemi, o cümlədən M1989 özüyeriyən haubitsaları və M1991 reaktiv yaylım atəşi sistemləri, həmçinin milyonlarla artilleriya mərmisi və onlarla KN-23 ballistik raketləri verib.
Bu barədə “Forbes” nəşrinin analitiki Devid Eks yazıb.
“M1989 haubitsaları hər biri 45 kq olan 170 mm-lik mərmilərlə 40 km uzaqlıqdakı hədəfləri vura bilir.