Tbilisidə parlamentin şüşələri sındırıldı – DIN xəbərdarlıq etdi
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib.
Tacxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, qurum aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.
DİN-in məlumatında qeyd olunub ki, mitinq başlayandan bir qədər sonra ərazidəki etirazçıların bəzilərinin hərəkətləri zorakılığa çevrilib.
O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.
Bəyanatda polis tərəfindən hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcəyi vurğulanıb.