Tiflisdə aksiya: Parlamentin 48 otağı dağıdıldı
Gürcüstan parlamentinin qarşısındakı aqressiv etirazçılar binaya çöldən hücum edərək, pəncərələri sındırıb və 48 otağa ziyan vurublar.
Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Bir gün əvvəl baş verən hücumda 48 iş otağının Çiçinadze və Rustaveli küçələri tərəfindəki pəncərələri qırılıb. Çiçinadze küçəsindən parlamentin mərkəzi binasının istilik və soyutma qurğuları dağıdılıb, təlim mərkəzinin anbarları və laboratoriyası zədələnib, parlamentin Çiçinadze küçəsinə baxan tərəfindəki yeməkxana tamamilə dağılıb”, – Papuaşvili bildirib.
O vurğulayıb ki, etirazçılar binanın fasadının işıqlandırma sisteminə ziyan vurub, naqilləri yandırıb, binanın sütunlarını işıqlandıran işıqları söküblər.