Tiflisdə yenidən hökumətə qarşı aksiya başladı
Tiflisdə hökumət əleyhinə yenidən aksiya başladılıb.
Tacxeber.com xəbər verir ki, Gürcüstan paytaxtı Tiflisdə Gürcüstanın və Avropa Birliyi bayraqları olan minlərlə insan yenə də parlament binası qarşısına, həmçinin Rustaveli prospektinə toplaşıb.
Ərazidə polis qüvvələri mühafizəni gücləndirib. Parlamentə mümkün müdaxilənin qarşısını almaq üçün tədbirlər görür.