Trampın “gəlinciyi”: Keçmiş model Ağ Evin yeni sözçüsü ola bilər | FOTOLAR
28 yaşlı keçmiş model Elizabet Pipko ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mətbuat katibi ola bilər. O, bundan qabaq Respublikaçılar partiyasının mətbuat katibi olub, həmçinin Trampın yəhudi təşkilatları ilə əlaqələr üzrə məsləhətçisi kimi çalışıb.
Pipkonun ailəsi 1974-cü ildə keçmiş SSRİ-dən (daha dəqiqi, Minskdən) ABŞ-a köçüb. Onun anası məşhur piano ifaçısı, babası Mark Klionski tanınmış rəssam olub. Elizabet xatirələrində yazır ki, babası onu həmişə “kukolka” (“gəlincik”) deyə əzizləyərdi.
Uşaq vaxtı Elizabet fiqurlu konkisürmə ilə məşğul olub, yarışlarda iştirak edib. O, məşqlərini Trampa məxsus “Wollman Rink” buz meydançasında edərdi. Lakin 15 yaşına çatanda aldığı zədə səbəbindən idmandan uzaqlaşaraq, model karyerasını seçir.
Gənc qız model biznesində uğurla irəliləyir. Onun fotoları “Harper`s Bazaar”, “Grazia” kimi məşhur jurnallarda dərc olunurdu.