• 05 Dekabr 2024 05:58

69 yaşlı tələbə Türkiyədən Qazaxıstana təhsil almağa gəldi

69 yaşlı tələbə Türkiyədən Qazaxıstana təhsil almağa gəldi

Türkiyəli 69 yaşlı qadın Kadriye İşıqlı təhsil almaq üçün Qazaxıstandakı Əhməd Yasəvi Universitetinə daxil olub.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, xəbər verir ki, o, qazax dilini öyrənmək və yerli mədəniyyətlə tanış olmaq qərarına gəlib.

Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, İstanbul sakini və 3 uşaq anası universitetin hazırlıq mərkəzinin tələbəsidir. O, universitet tarixində ən yaşlı tələbə adını alıb.

 

Kadriye İşıqlı bir vaxtlar Türkiyədə Turizm ixtisası üzrə ali təhsil alıb və 20-yə yaxın ölkəyə səfər edib. İndi onun məqsədi Orta Asiya ilə tanış olmaqdır. Buna görə də o, Əhməd Yasəvi Universitetində Turizm ixtisası üzrə təhsilini davam etdirmək niyyətindədir.

 

“Hazırda qazax dilini öyrənirəm, mən burada qazax dilini öyrənmək, mədəniyyəti ilə tanış olmaq, daha sonra isə digər qardaş ölkələrə səfər etmək istəyirəm”.

 

Qazaxıstanda cəmi bir ay yarım olmasına baxmayaraq, o, artıq qazax dilini başa düşməyə imkan verən səviyyəyə çatıb.

Tacxeber.com

Oxşar xəbərlər