Famil Xəlil ev dustaqlığına buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə təqsirləndirilən Xəlilov Famil Malik oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Famil Xəlilovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təklif verib. Sonra vəkil Fariz Namazlıda Famil Xəlilin sağlamlıq durumunu nəzərə alaraq müvəkkilinin ev dustağlığına buraxılmasinilə bağlı vəsatət verib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Hakim Azər Tağıyevin qərarına əsasən məhkəmə Famil Xəlilin sağlamlıq durumunu, məhkəmədən yayınmacayağını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib.