Qaribaşvili “Gürcü Arzusu”nu tərk etməyə hazırlaşır
“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasını tərk edir.
Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” kanalı məlumat yayıb.
Qaribaşvilinin yaxın ətrafı bunu təsdiqləyib. O, bizneslə məşğul olmaq üçün bu addımı atmağa hazırlaşır.
“Gürcü Arzusu”nun rəhbərləri Qaribaşviliyə formal olaraq komandada qalmağı təklif edir və etirazlar fonunda açıqlama verməməsini xahiş edirlər.