Zəhlətökən reklam SMS-lərindən qurtulmağın SADƏ YOLU
Ölkədə mobil telefon abunəçilərinə göndərilən kütləvi reklam mesajları tez-tez etirazlara səbəb olur. Hər abonent gün ərzində ən azı bir neçə dəfə bezdirici reklam mesajları alır. Bəzən vaxtımızın bir hissəsini həmin mesajları silməyə sərf edirik. Reklamlar isə adətən, məişət avadanlıqları, restoran, geyim mağazaları və s. ilə bağlı olur.
Tacxeber.com xəbər verir ki, sözügedən reklam sms-lərindən canınızı qurtarmağın sadə yolu var.
Belə ki, abunəçilərinin nömrələrinə daxil olan reklam xarakterli sms-ləri üçüncü şirkətlər göndərir və abunəçi istədiyi zaman xüsusi şifrədən istifadə edərək onlardan imtina edə bilər.
“Azercell” abunəçiləri üçün:
Abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər. Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.
“Bakcell” abunəçiləri üçün:
İstifadəçilər “5595” qısa nömrəsinə “STOP” yazısını göndərməklə reklam mesajlarının qəbulunu birdəfəlik dayandıra bilərlər.
Eyni zamanda, etibar etdikləri mənbələrdən SMS-lər almaq üçün müəyyən mağazanın, bankın və s. adı yenidən “5595” qısa nömrəsinə göndərilməlidir.