“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı
“Vətəndaş A” serialının prodüseri Sevinc Əliyeva Dövlət Sərhəd Xidmətinin serialın çəkiliş heyətinin dronunu vurması haqda xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Tacxeber.com xəbər verir ki, bu barədə o, serialın rəsmi səhifəsi ilə birgə açıqlama yayıb.
Prodüser “DSX dronumuzu vurdu” iddiasının həqiqəti əks etdirmədiyini bildirib:
“İctimai Televiziya və mən (“Vətəndaş A” serialının baş prodüseri) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dronu Dövlət Sərhəd Xidməti vurmayıb, dron radarın sönülü olmasına görə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir”.
Xatırladaq ki, serialın rejissoru Elvin Rüstəmzadə “Vətəndaş A” serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dronu Dövlət Sərhəd Xidmətinin vurduğunu iddia etmişdi.