• 23 Dekabr 2024 03:33

Bu xəstəliyi olanların nəzərinə: tünd şokoladın inanılmaz faydası üzə çıxdı

Britaniyanın “The British Medical Journal” (BMJ) tibb jurnalında dərc edilən araşdırmaya görə, həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlakı 2-ci tip diabet riskini 21 faiz azalda bilər.

 

Tacxeber.com xəbər verir ki, 1986-2021-ci illər arasında Çin və ABŞ-da təxminən 192 min insan üzərində aparılan araşdırmada şokolad istehlakının 2-ci tip diabetə təsiri, 111 min şəxs üzərində aparılan araşdırmada şokolad növlərinin (südlü və tünd) təsiri müzakirə edilib.

 

Araşdırma nəticəsində hər hansı şokolad yeyənlərdə 2-ci tip şəkər xəstəliyinə tutulma riskinin tünd şokoladı az yeyənlərə nisbətən 10 faiz az olduğu bildirilib.

 

Həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlak edənlərin 2-ci tip diabet riskini 21% azalda biləcəyini ortaya çıxaran araşdırmaya görə, südlü şokoladdan istifadənin bu növə ciddi təsir göstərmədiyi müşahidə edilib.

 

Araşdırmada 2019-cu ildə dünya üzrə 2-ci tip diabetli insanların sayının 463 milyon olduğu, 2045-ci ildə isə bu rəqəmin 700 milyona çatacağı proqnozlaşdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər