• 23 Dekabr 2024 08:59

“Nə mövzuda veriliş apara bilərəm ki?!.” – Tanınmış diktor elə şeylər danışdı ki…

“Səhhətimdə hər şey qaydasındadır. Bir az soyuqlamışdım. İndi yaxşıyam”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Şərqiyyə Hüseynova deyib. Tanınmış diktor bildiirb ki, hazırda iş başındadır:

 

“Televiziya kanallarından birində çalışıram, orada efirə çıxan diktorlara dərs deyirəm. Normal səsi və efiri uyğunluğu olanları təkmilləşdirirəm ki, fikrini çatdıra və insanlarla ünsiyyətə girə bilsin.

 

Bir sözlə, maraqlı aparıcı olsun. Veriliş aparmaq indi mənim üçün heç də maraqlı deyil. Texnologiya ilə maraqlanmıram, nə mövzuda veriliş apara bilərəm ki?!. Bacarsam da istəmərəm”.

 

Diktor bildirib ki, keçmiş həmkarları Ofeliya Sənani, Roza Tağıyeva, Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva ilə zəngləşir.

 

“Biz hamımız bacı kimiyik. Əvvəllər ayda 1 dəfə görüşürdük. İndi səhhətimizlə bağlı bu tez-tez alınmır”.

 

Qeyd edək ki, aparıcı Vüsalə Əlizadə “İncə səhər” verilişində bildirib ki, Xalq artistinin səhhətində problem yarandığı üçün verilişə qatıla bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər