• 23 Dekabr 2024 03:58

“Halal yolla pul qazanıram” – Xanlarovanın qızlığı danışdı

“Məni polisə verib. Uşaqpulu, sosial kartımın hamısı Mehriban Xanlarovanın əlindədir. Həmin pulu uşaqlarımın təhsilinə, yeməyinə xərcləyir. Övladım telefonumla oynayanda bilmədən əli dəyib və tətbiq vasitəsi ilə bankdan kredit götürülüb. Sonra da həmin pula “TikTok”-da jeton alıb. Gecə ilə bizim evimizə gəlib kartları üstümə atdı ki, kredit götürmüsən”. 

 

Tacxeber.com axşam.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarovanın övladlığa götürdüyü bacısı qızı Aysel Xanlarova deyib.

 

O, xalasının efirdə haqqında dediklərinə aydınlıq gətirib.

A. Xanlarova bildirib ki, insanlar gerçəkləri bilmədən onu tənqid edirlər:

 

“Mənə dedi ki, kartdan pul oğurlanıb, gedək polisə ərizə yazaq. Amma demə, məndən polisə şikayət edib, aparır ki, izahat yazım. Guya pulu mən götürüb xərcləmişəm.

 

Özüm ətir reklamına dəvət edirlər, gedirəm, parfum mağazalarından sifariş qəbul edirəm, “TikTok”-da canlı yayım açıb orada jeton atırlar, 100 manat olanda çıxardıb xərcləyirəm. Halal yolla pul qazanıram. Heç vaxt zəng vurub deməmişəm ki, acam”.

 

Aysel bildirib ki, 12 yaşında M. Xanlarovanın anası yox, xalası olduğunu öyrənib:

 

“Anam idinsə niyə 12 yaşımda deyirdin ki, xalanam, anan deyiləm. Sona kimi analığı edərdin. Uşaqlarımı qəbiristanlığa aparıb deyir ki, nənəniz mən yox, bu qadındır. Uşaqların psixologiyası pozulur”.

 

Qeyd edək ki, M.Xanlarova Ayseldən rəsmi imtina etdiyini açıqlayıb. O bildirib ki, 35 ildir analıq etdiyi bacısı qızını bağışlamayacaq.

Tacxeber.com

Oxşar xəbərlər