Putinin hədiyyəsi olan “sülh” pişiyi öldü – Foto
Rusiya Prezidenti Vladimir Putinin yaponiyalı qubernatora hədiyyə etdiyi “Mir (Sülh)” pişiyi ölüb.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın şimal-şərqindəki Akita ştatının qubernatorluğu məlumat yayıb.
Putinin 2013-cü ildə qubernator Satake Norihisaya hədiyyə olaraq göndərdiyi erkək Sibir pişiyinin öldüyü bildirilib.
Pişiyə qulluq edən qubernator “Mir”in foto və videolarını hər il Yaponiyada “22 fevral Milli Pişik Günü”ndə sosial şəbəkədə paylaşırdı.
Qeyd edək ki, Akita qubernatorluğu 2011-ci ildə Yaponiyada baş verən zəlzələdən sonra Rusiyanın bölgəyə göstərdiyi dəstəyə təşəkkür etmək üçün itləri sevdiyinə görə, Putinə “Akita” iti hədiyyə edib.
2022-ci ilin martından sonra Rusiya-Ukrayna böhranı başlayanda Satake o zaman demişdi ki, Rusiya liderindən fərqli olaraq, Mir çox mehriban və mülayimdir.