• 22 Dekabr 2024 22:32

“Rusiya Ukrayna xalqını məhv etmək niyyətində deyil, onlar bizim qardaş-bacılarımızdır” – Sergey Lavrov

“Başlıca prinsip Ukraynanın blokdankənar statusudur, hansısa NATO-dan, Ukrayna torpağında hərbi bazalardan söhbət gedə bilməz…”

Rusiya XİN rəhbəri amerikalı jurnalist Taker Karlsona müsahibə verib

Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibə verib və bəyan edib ki, “müharibəni Rusiya başlamayıb”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “gordonua.com” nəşri məlumat yayıb.

Lavrov bəyan edib ki, Rusiya Federasiyası “rəsmən” ABŞ-la döyüşmür və “qonşularla və, ümumiyyətlə, bütün ölkələrlə, xüsusilə ABŞ kimi böyük ölkə ilə normal münasibətlərə nail olmaq istəyir”.

 

“Bəziləri Ukraynada baş verənləri hibrid müharibəsi adlandırır. Mən də bunu belə adlandırardım, – o, “ABŞ müharibəni maliyyələşdirir və Amerika silahı ilə Rusiyaya zərbələr endirir” sualına cavabında deyib.

 

“Rusiya ərazisinə ATACMS və digər uzaqmənzilli silah işlədildiyindən biz siqnallar göndəririk. Ümid edirik ki, yeni “Oreşnik” sistemindən olan siqnal ciddi qəbul edilib”, – o, deyib.

 

Lavrov Pentaqonun Strateji Komandanlığı (STRATCOM) nümayəndəsi Tomas Byukenenin nüvə zərbələri mübadiləsinin mümkünlüyü barədə sözlərindən (o, deyib ki, ABŞ bundan yan keçmək istərdi) “narahatlığını” ifadə edib.

 

“Belə təhdidlər narahatlıq doğurur. Əgər Qərbdə bəzilərinin son zamanlar “Rusiyanın “qırmızı xətlərinin” olmasına inanmayın, bəli, onlar bunu elan edib, amma bu “qırmızı xətlər” yenə də keçilir” kimi səsləndirdiyi fikirlərin məntiqindən çıxış edirsə, bu, çox ciddi yanlışlıqdır. Bax, mən bu suala belə cavab verirəm-müharibəni biz başlamamışıq”, – Lavrov əlavə edib.

 

Rusiya “xüsusi hərbi əməliyyatı” “bu müharibəyə son qoymaq üçün” başlayıb, Lavrov bəyan edib, lakin bu iddianın məntiqini izah etməyib. Daha sonra Rusiya XİN rəhbəri 2014-cü ildə Ukraynada “dövlət çevrilişi” və Krım və Donbasda insanların “öz müqəddəratının təyini” barədə bir sıra təbliğat xarakterli iddialar səsləndirib.

 

“Əgər 2014-cü ilin fevralında dövlət çevrilişi olmasaydı, o zamankı prezidentlə (Ukraynadan qaşan Viktor Yanukoviç nəzərdə tutulur-red.) müxalifət arasında əldə edilmiş saziş gerçəkləşərdi, Ukrayna indiyədək vahid olardı və Krım onun tərkibində qalardı”, – o, iddia edib.

 

Lavrov həmçinin Ukraynanı Minsk razılaşmalarının sabotaj etməkdə ittiham edib və bəyan edib ki, Rusiya “hansısa xalqın məhv edilməsindən danışmır”.

 

“Bizim Ukrayna xalqını məhv etmək niyyətimiz yoxdur. Onlar Rusiya xalqı ilə bacı-qardaşdır”, – Lavrov deyib. Tammiyaslı müharibə zamanı həlak olanların sayı barədə suala cavabında o, konkret rəqəmlər açıqlamayıb, lakin Ukrayna və Rusiyanın itkilərini HƏMAS və İsrail arasında müharibənin qurbanları ilə müqayisə edib.

 

O, Fələstində dinc əhalinin öldürülməsini “fəlakət”, ukraynalıların qətlini “faciə” adlandırıb. Onun iddiasına görə, 45 min həlak olan fələstinli “Ukrayna münaqişəsinin 10 ili ərzində hər iki tərəfdən həlak olan mülki şəxslərin sayından az qala iki dəfə çoxdur”.

 

Lavrov həmçinin Rusiyanın, guya, danışıqlara hazır olduğunu bəyan edib. Moskvanın, guya, “Rusiyanın təhlükəsizliyi ilə bağlı qanuni maraqlarına hörmət edilməsi, Ukraynada yaşayan ruslara, onların Ukrayna parlamenti tərəfindən qəbul edilmiş bir sıra qanunlarla məhv edilən  əsas hüquqlarına, dili və dini hüquqlarına hörmət edilməsi əsasında” dinc nizamlanmaya üstünlük verdiyini iddia edib.

 

Lavrov deyib ki, “Rusiya maraqlar balansı nəzərə alınmaqla danışıqlara hazırdır”. Onun fikrinə görə, danışıqların “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipi “Rusiyasız Rusiya haqqında hər şey” deməkdir. Onun sözlərinə görə, Moskva 2022-ci ilin martında İstanbulda səsləndirilən prinsiplər əsasında danışıqlara hazırdır.

 

“Başlıca prinsip Ukraynanın bokdankənar statusudur. Biz Ukraynaya təhlükəsizlik zəmanətləri verəcək ölkələr qrupuna daxil olmağa hazır olmuşuq. Hansısa NATO-dan söhbət gedə bilməz. Ukrayna torpağında xarici qoşunların iştirakı ilə hər-hansı hərbi bazalardan, hərbi təlimlərdən söhbət gedə bilməz”, – Lavrov əlavə edib.

 

O, “yerdəki gerçəklikləri nəzərə almaq” zərurəti haqqında tezisi təkrarlayıb. “Bu gerçəkliklər təkcə təmas xətti deyil, həm də Donetsk və Luqansk respublikalarında, Xerson və Zaporoje vilayətlərində referendumlar keçirildikdən sonra Rusiya Konstituyasında dəyişikliklər deməkdir. Onlar hazırda Konstitusiyamıza görə Rusiyanın tərkibindədir. Bu, gerçəklikdir”, – o, deyib.

 

“Biz rus dilni, Rusiya KİV-lərini, rus mədəniyyətini, Ukrayna Pravoslav Kilsəsini qadağan edən Ukrayna qanunvericiliyi ilə saxlanılan vəziyyətlə barışa bilmərik. Bununla nəsə etmək lazımdır”, – Lavrov bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər