Zelenski Trampla işləməyə və Rusiya ilə sülh imzalamağa hazırdır – WSJ
Kiyev Tramp komandası ilə işləməyə və Rusiya ilə sülh imzalamağa hazırdır.
Tacxeber.com “Wall Street Journal”a (WSJ) istinadən xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə ilk danışıqları aparıb.
“Ancaq bu, dayanıqlı bir sülh olmalıdır. Qeyri-sabit, müvəqqəti sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına xidmət etmir”, – nəşrin həmsöhbəti qeyd edib.
Bununla belə müsahib münaqişənin hansı həlli ssenarisi əsasında mümkün olacağını da açıqlamayıb.
Bundan öncə “Reuters”in verdiyi xəbərə görə, Trampın müşavirləri Ukraynadakı müharibəni bitirmək üçün ən azı üç variant təklif edirlər. Birincisi, Ukrayna ordusu ABŞ-ın köməyindən və təzyiq imkanlarından istifadə edərək Ukrayna və Rusiyanı danışıqları bərpa etməyə məcbur etməkdir.