• 23 Dekabr 2024 03:48

Bakı və Abşeronda zəlzələ təhlükəsi yüksək olar ərazilər var – Video

Bakı və Abşeronda seysmik cəhətdən təhlükəli ərazilər var.

Tacxeber.com verir ki, bu fikirləri “Xəzər xəbər”ə açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Qurban Yetirmişli seysmik ərazidə inşa edildiyi məlum olan bina və fərdi evlərdən də danışıb.

Onun sözlərinə görə, hazırlanan seysmik xəritə hansı zonanın neçə ballıq olması ilə bağlı ümumi təsəvvür yaradır, ehtimal olunan təh­lükəli zonaları müəyyən edir.

Baş seysmoloq onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı mütəmadi olaraq təhlillər aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Tacxeber.com

Oxşar xəbərlər