• 22 Dekabr 2024 22:34

Lukaşenko: Belarusu Ukraynadan da böyük təhlükə gözləyir

“Polşa və Litva Belarus üçün ciddi  təhlükə yaradır. Bu təhlükə müharibə edən Ukraynanın yaratdığı təhlükədən daha böyükdür”.

Tacxeber.com xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.

O əlavə edib ki, hərbi birliklər sərhədimizdən 15 kilometr uzaqda yerləşdirilib: “Almaniya da daxil olmaqla, digər dövlətlərin NATO silahlı qüvvələri ora yerləşdirilir. Burada da vəziyyət çox gərgindir. Bir sözlə, bu, bizi çox narahat edir”.

Lukaşenko Belarusun müdafiəsinin etibarlı təminatı məqsədi ilə Rusiyadan yeni silah sistemlərinin, o cümlədən “Oreşnik” raketlərinin ölkəsində yerləşdirilməsini istəyib. “Bu raketləri yerləşdirmək üçün yerlərimiz var. Bizim şərtimiz var ki, raket hədəfləri Belarusun hərbi və siyasi rəhbərliyi tərəfindən müəyyən edilsin”, – Lukaşenko qeyd edib.

Rusiya prezidenti Putin də “Oreşnik” ballistik raket sistemini gələn il Belarusda yerləşdirəcəklərini açıqlayıb. “Düşünürəm ki, bu, “Oreşnik” raketinin kütləvi istehsalına başlaması şərti ilə gələn ilin ikinci yarısında mümkün olacaq”, – Putin qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər