Bəşər Əsədə niyə İran yox, Rusiya sığınacaq verdi?
Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür.
Tacxeber.com xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Suriyanın devrilmiş lideri Bəşər Əsədin Rusiyadan sığınacaq alması və Moskvaya yerləşməsi haqda qeyd edib.
“Əsədin son günlərində Qərblə İranı Suriyadan çıxarmaq qarşılığında hakimiyyətini qorumaq məsələsində danışıqlara getməsi onun Tehranla münasibətlərində soyuqluq yaratdı. Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir.
Bununla yanaşı, HƏMAS liderinin öldürülməsindən sonra Əsədin İranda qalması təhlükəsizlik baxımından riskli ola bilərdi. İstisna deyil ki, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməklə perspektivlərini çətinləşdirmək istəməyib.