• 22 Dekabr 2024 15:17

Bu dəfə Vəfa Cəlilovanın diplomu olmadığını yazdı.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə bu dəfə həkim-kosmetoloq Vəfa Cəlilova arasında mübahisə düşüb.

 

Jurnalist bu dəfə V.Cəlilovanın diplomunun olub-olmamasını hədəf seçib. O bildirib ki, Cəlilova ilə bağlı ona şikaylər gəlib. Ataşova da həkimlə əlaqə saxlayaraq, məsələni ictimailəşdirmədən əvvəl diplomunun görüntüsünü atmasını istəyib.

 

“İzləyicilərim mənə yazdı ki, doktor Vəfa Cəlilova bizim şəxsi yazışmamızı paylaşıb. Mən isə hələlik bunu etik saymadığım üçün şəxsi yazışmalarımızı paylaşmıram. Amma təbii ki, bütün səs qeydlərini paylaşacağam. Vəfa xanıma noyabrın 24-dən yazıram və bildirirəm ki, sizin o çox dəyərli Heidelberg Universitetindən aldığınız tibb diplomunuzu görmək istəyirəm. Çünki izləyicilər dayanmadan burada bir yalanın olduğunu yazır. Əlavə edim ki, Heidelberg Universitetində dermatologiya üzrə təhsil almaq 6-8 il çəkir, üstəlik, rezidentura 5-6 il davam edir. Yəni bu, uzun və zəhmət tələb edən bir təhsil prosesidir. Mən sadəcə olaraq, Heidelberg Universitetindən olan diplomunuzu görmək istəyirəm ki, izləyicilərə də əminliklə deyə bilim” deyə, jurnalist paylaşımında yazıb.

 

Q.Ataşova bildirib ki, bunu izləyicilərin istəyi ilə təkid edib:

 

“Belə möhtəşəm və şərəfli bir diplomu niyə hamıdan gizlədirsiniz ki? Sadəcə göstərsəydiniz, mən də rahatlıqla deyərdim ki, “Bəli, Vəfa xanımın diplomu var.” Bununla həm siz rahatlayardınız, həm də məni bu qədər narahat edən izləyicilər sakitləşərdi. Sizin diplomunuzla yalnız fəxr edə bilərəm. Axı bu boyda “müharibə” nəyə lazım idi? 15 günə yaxın idi diplomatik danışıq gedirdi aramızda.

 

Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində Cəlilova Vəfa İnqilab qızı adlı şəxs qeydə alınmayıb. Yəni, bu adda hər hansı bir şəxs haqqında heç bir məlumat mövcud deyil. Bu o deməkdir ki, əgər sizin Almaniyanın Heidelberg Universitetindən diplomunuz mövcud olsaydı, həmin diplomu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təsdiq üçün verməli idiniz. O zaman tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət reyestri xidmətinə adınız mövcud olmalı idi və bunun əsasında sizin həkim kimi fəaliyyətiniz təsdiqlənməli idi. Sizin adınız qeydiyyatda tapılmadığı üçün sizi “təbrik edirəm”. Bu vəziyyət diplomunuzun mövcudluğunu və ya onun təsdiqlənməsini sual altına qoyur. Əgər diplom sizdədirsə, rica edirəm gedin təstiq etdirin”. (Axsam.az)

Tacxeber.com

Oxşar xəbərlər