“Əsədə və onun ailəsinə sığınacaq verilməsi qərarını Putin verib” – Dmitri Peskov
Bəşər Əsəd və ailəsinə Rusiyada sığınacaq verilməsi barədə qərar prezident Vladimir Putin tərəfindən verilib.
Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Belə qərarlar, şübhəsiz ki, dövlət başçısı olmadan qəbul edilə bilməz. Bu onun qərarı idi”, – Peskov bildirib. Kreml sözçüsü qeyd edib ki, bununla belə, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın silahlı müxalifət bölmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında prezident Bəşər Əsədin əleyhdarları Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homs da daxil olmaqla, bir neçə böyük şəhəri ələ keçirdilər. Dekabrın 8-də onlar Suriyanın paytaxtı Dəməşqə daxil olub, ordu isə şəhərdən geri çəkilib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətin sülh yolu ilə keçidini təmin etmək üçün göstərişlər verərək istefa verib və ölkəni tərk edib.