Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır
Səhiyyə Nazirliyi plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Səhiyyə Nazirliyindən deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.
“Sonda istintaq orqanı aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – Nazirlikdən bildirilib