Putin Əsəd və ailəsi ilə bağlı qərar verib – Peskov
Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq verilməsi barədə qərarı Rusiya prezidenti Vladimir Putin verib.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Bu onun qərarıdır”, – prezidentin mətbuat katibi bildirib.
O əlavə edib ki, Əsədin harada olması barədə deyiləcək heç nə yoxdur.
Peskov onu da bildirib ki, Kreml kiməsə sığınacaq verdiyini rəsmi şəkildə açıqlamağa borclu deyil.