Suriya müxalifətindən qeyri-adi hicab qərarı
Suriyada hakimiyyəti ələ alan silahlı müxalifət qadınların hicaba məcbur edilməsinə qadağa qoyub.
Bu barədə Suriyanın “Əl-Vatan” qəzeti xəbər yayıb.
Suriyadakı silahlı müxalifətin komandanlığı qadınların öz geyimlərini seçmək hüquqlarına sayğı ilə yanaşdığını bildirib.
“Ali Komandanlıq qadınları müəyyən üslubda paltar geyinməyə məcbur etməyi, onların seçim hüququna müdaxiləni qəti şəkildə qadağan edir”, – deyə nəşr vurğulayıb.