Uşaqların beyninə yeridilən “oğru qanunları” – Zombiləşdirilmiş gələcəyimiz
Sosial şəbəkələrdə toy məclislərinin birində uşaqların əlində “silah”la rəqs etməsini əks etdirən videogörüntü yayılıb. Həmin görüntü böyük müzakirəyə səbəb olub. Narahatlığa səbəb uşaqların Rövşən Lənkəranskiyə həsr olunan musiqili meyxanaya oynaması deyil, onların valideynlərinin uşaqlarının bu rəqsini gülə-gülə qarşılamasıdır.
Tacxeber.com xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin uşaqların əksəriyyəti heç Rövşən Lənkəranskini tanımır:
“İlk dəfədir ki, danışmağa söz tapa bilmirəm. Bu uşaqların öz əməlləri deyil. Əgər öz təcrübəmizə arxalansaq, biz rəqs edəndə heç vaxt musiqinin sözlərinə fikir vermirik. Şeytanvari bir ritm üzərində qurulub, çox yüngül, ayaqlar üçün nəzərdə tutulan musiqi nömrəsidir. Bu ritm uşaqların bəzilərini özünə alidə edib. Bu musiqini ora gətirən bir nəfər var. Həmin şəxs bütün kütlənin bu cür təqdim olunmasına səbəb olur. Bu uşaqların 90% nəyi oynadıqlarını, hətta Rövşən Lənkəranskini kim olduğunu bilmirlər. Kələfin bir ucu var, o da həmin musiqini ora gətirən valideyndir, vəssalam”.
Təhsil eksperti Elçin Əfəndi isə belə görüntülərin bir tendensiya halına gəldiyini vurğulayıb:
“Uşaqlar bir-birinə baxır, eyni hərəkəti təkrarlayır. Burada mən günahı valideynlərdə, ondan sonra isə təhsil müəssisələrində görürəm. Valideyn övladlarına nəzarət etməlidir. Onlar uşaqlarının hansı musiqiləri dinlədiyini, hansı kitablar oxuduğunu, kimlər ilə oturub-durduğunu bilməlidir. Buna valideyn məsuliyyət daşıyır”.
Elçin Əfəndi bu məsələdə valideynləri ittiham edib:
“Valideynlərin başı telefona qarışdığından əksəriyyəti uşaqlarını başlı-başına buraxıb. Uşağın zövqü necə formalaşıb və s. onlar üçün maraqlı deyil. Nəticədə isə xoşagəlməz mənzərə yaranır. Kriminal musiqlər dinləmək, bayağı meyxanalara qulaq asmaq, “Tik-Tok”da bəzi “blogerlər”in çıxış və hərəkətləri və s. erkən yaşında uşaqları fərqli düşünməyə vadar edir. Niyə? Çünki valideyn nəzarət etmir”.
Elçin Əfəndi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailələrlə işləməsini tövsiyyə edib: