• 22 Dekabr 2024 16:31

Tramp Prezident maaşından və ömürlük pensiyasından imtina etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, ikinci prezidentlik müddətində dövlət başçısına görə bütün maddi nemətlərdən imtina etmək niyyətindədir.

Tacxeber.com xəbər verir ki, bu barədə o, NBC telekanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, o, ildə 400 min dollarlıq prezident maaşını almayacaq və ömürlük pensiyasından da imtina edəcək.

“Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, – Tramp qeyd edib.

Tramp deyib ki, o, işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilər, Corc Vaşinqton istisna olmaqla”.

İlk səlahiyyət müddətində Tramp vəsaitləri xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəldərək prezident maaşından imtina edib.

Forbes-in məlumatına görə, Trampın sərvəti 2,3 milyard dollar qiymətləndirilir.

Tacxeber.com

Oxşar xəbərlər