• 22 Dekabr 2024 17:04

Bugünkü uşaqlar kimi böyüsəydi milyarder olmazdı – Bill Qeyts

Bill Qeyts smartfonların və sosial şəbəkələrin uşaqların inkişafı üçün zərərinə eyham vurub.

 

Tacxeber.com xəbər verir ki, “Microsoft”un həmtəsisçisi və keçmiş baş direktoru Bill Qeyts smartfon və sosial medianın müasir uşaqların inkişafına təsirindən narahatlığını dilə gətirib.

 

CNBC-nin məlumatına görə, o, müasir texnologiyanın uşaqda dərin təfəkkürün inkişafına necə mane ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

 

Qeytsin fikrincə, smartfonlar və sosial media onun diqqətini yayındırsaydı və bugünkü uşaqlar kimi böyüsəydi milyarder olacağına əmin deyil. Onun sözlərinə görə, uşaqlıq illərində dostları ilə gəzib-dolaşması, xarici dünyanı kəşf etmələri, oxuyub saatlarla otağında dərindən düşünərək keçirdiyi vaxt ona hazırda 3,26 trilyon dollar dəyərində olan şirkət qurmağa kömək edib.

 

Qeyts öz auditoriyasına Nyu York Universitetinin sosial psixoloqu Conatan Haidtin “Narahat nəsil” (The Anxious Generation) kitabını tövsiyə edib.

 

“Smartfonların və sosial medianın geniş yayılması gənclər arasında mövcud psixi sağlamlıq böhranına, eləcə də Z nəsli arasında təklik və depressiya səviyyəsinin artmasına əhəmiyyətli dərəcədə töhfə verir”, – Qeyts bildirib.

 

Milyarder karyerası boyu əldə etdiyi uğurunu tez-tez oxuma vərdişi və özünü təcrid etmək bacarığı ilə əlaqələndirir. 1990-cı illərdə “Microsoft”un baş direktoru hətta böyük bir çanta kitab və texniki sənədlərlə bir kabinəyə çəkilərək bunu “Düşüncə Həftəsi” adlandırardı. Bu dövrlərdə Qeyts “davamlı konsentrasiyaya sadiq olub”.

Tacxeber.com

Oxşar xəbərlər