• 23 Dekabr 2024 00:01

Əsədi devirən Culani kimdir? – Şok dosye

Son günlərdə Suriyada baş verən hadisələrdən sonra ən çox adı çəkilən Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culanidir.

Tacxeber.com onun haqqında bir sıra məlumatları təqdim edir:

 

Onun haqqında çox az şey məlumdur və harada qalması ciddi şəkildə mühafizə olunur. Bəzi mənbələrdə onun əsl adının Əhməd Hüseyn əl-Şərə olduğu bildirilir. Doğulduğu il və yer dəqiq məlum deyil, lakin Colani adı Colan (Qolan) təpələrinə aiddir. Hətta onun milliyyəti də bəlli deyil, amma hamı onun bir vaxtlar İraqdan olduğunu deyir.

487473

Əhməd Əl-Şərənin atası Əhmədin doğulduğu Deyr-əz-Zorda dövlət məmuru olub. Gəncliyində o ailəsi ilə birlikdə İdlibə köçüb və orada orta məktəbi bitirib.

 

Daha sonra tibb kollecində oxuyan Əhməd üçüncü kursda olarkən İraqın işğalı ilə Əbu Musab əz-Zərqavinin rəhbərliyi altında “Əl-Qaidə”yə qoşulub. O, 2003-cü ildə İraqda Amerika qüvvələri ilə döyüşmək üçün bu ölkəyə gedib.

 

Əl-Zərqavi 2006-cı ildə ABŞ-ın hava hücumunda öldürüldükdən sonra Əl-Şərə İraqı tərk edərək qısa müddət Livanda qalıb və burada “Cund əl-Şam” silahlı qruplaşmasına maddi-texniki dəstək verib.

 

Daha sonra döyüşü davam etdirmək üçün İraqa qayıtsa da, bu dəfə o, ABŞ ordusu tərəfindən həbs edilib. O, on minlərlə “şübhəli silahlılar” üçün həbsxana olan “Camp Bucca”da saxlanılıb. Həmin dövrdə Əl-Şərə digər məhbuslara klassik ərəb dilini öyrədərək populyarlığını artırmışdı.
2008-ci ildə “Bucca” həbsxanasından azad edildikdən sonra Əl-Şərə döyüşlərə qayıdıb. Bu dəfə İraq Şam İslam Dövlətinin (İŞİD) ozamankı lideri Əbu Bəkr əl-Bağdadi ilə birlikdə işləyib. Tezliklə döyüşlərə qayıdan əl-Şərə İraqın İŞİD-in nəzarəntində olan Neynəva əyalətindəki əməliyyatlarının rəhbəri təyin edilib.

487472

2011-ci ildə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı qiyam başlayandan qısa müddət sonra Əl-Şərə İŞİD-in Suriyada bir qolunun yaradılmasının planlaşdırılmasında mühüm rol oynayıb və burada “Əl-Nusra Cəbhəsi” kimi tanınan qruplaşmanın formalaşmasına nəzarət edib.

Əl-Şərə Culani 2012-ci ilin yanvarında “Əl-Nusra”nın əmiri təyin edilib.

 

Culani 2013-cü ilin aprelində Bağdadinin “Əl-Nusra Cəbhəsi”ni ləğv edərək İŞİD-ə daxil etmək təklifini rədd edərək diqqətləri üzərinə çəkib.

 

Bu addımla bütün liderlər və qərarlar Əbubəkr əl-Bağdadinin tabeliyində olacaqdı. Əl-Şərə isə “Əl-Nusra Cəbhəsi”nin müstəqilliyini itirməməsi üçün onları dəstəkləyən Ayman əz-Zəvahiriyə (“Əl-Qaidə”nin 2-ci lideri) beyət edib.

 

“Əl-Nusra Cəbhəsi” İŞİD vasitəçiliyi ilə “Əl-Qaidə”yə beyət etsə də, sonradan bu təşkilatla birbaşa əlaqələr yaradıb. Sədaqət zəncirindəki bu dəyişiklik “Əl-Nusra Cəbhəsi”ni “Əl-Qaidə”nin bir qolu halına gətirib.

487474

ABŞ Dövlət Departamenti Culaninin rəhbərlik etdiyi “Əl-Nusra”nı “Əl-Qaidə”nin alt kateqoriyası və bu qrupun İraqdakı qolu adlandırıb. Culaninin adı da qlobal terrorçular siyahısına daxil edilib.

 

Ancaq Bağdadinin bu qərarı qəbul etməməsi və 2 təşkilatı bir çətir altında birləşdirməyə davam edəcəyini açıqlaması, “Əl-Nusra Cəbhəsi” ilə İŞİD arasında silahlı qarşıdurmalara səbəb olub.
“Əl-Nusra” Suriya müxalifətindəki digər qruplaşmalarla da təmas qurub, zaman-zaman onlara hücum edib və hətta torpaqlarını ələ keçirib. Cəbhə həmçinin Azad Suriya Ordusuna (ASO) qarşı qarşıdurmalarda da iştirak edib.

 

Suriya vətəndaş müharibəsinə girəndə Culaninin rəhbərlik etdiyi qrup və ya “Əl-Nusra” hökumətə qarşı ən mühüm müxalifət qruplarından birinə çevrilib. 2010-cu ilin yanvarıdan etibarən “Əl-Nusra” bir çoxu əvvəllər İraqda döyüşmüş 10 mindən çox döyüşçüdən ibarət qrupa çevrilib. Bu qrup kamikadze hücumlarında ixtisaslaşıb və bu yolla yüzlərlə insanı öldürüb.

2015-ci ildə Əl-Şərə (əl-Culani) Suriyada vətəndaş müharibəsi davam edən bir vaxtda “Al Jazeera”nın jurnalisti Əhməd Mənsura üzü qapalı müsahibə verib.

 

O, müsahibəsində “Əl-Nusra Cəbhəsi”nin Qərbin hədəflərinə hücum etmək planının olmadığını bildirib. O əsas diqqətlərini İŞİD, Suriyadakı rejim və Hizbullahla mübarizəyə yönləndirib.
Əl-Şərə o vaxt belə demişdi:

 

“Əl-Nusra Cəbhəsi”nin Qərbi hədəf alacaq hər hansı planı və ya təlimatı yoxdur. Rejimə qarşı əsl missiyadan yayınmamaq üçün Ayman əz-Zəvahiri Suriyadan ABŞ və ya Avropaya hücum etmək üçün raket meydançası kimi istifadə etməmək barədə bizə konkret əmr verib. “Əl-Qaidə” bunu edə bilər, amma burada – Suriyada yox”.

487475

O, həmin dövrdə ələvilərlə işlərinin olmadığını desə də, elə həmin ildən ələvilərə hücum edilməsi barədə göstəriş verib.

 

2016-cı ildən etibarən isə “Əl-Nusra Cəbhəsi” “Dəməşqin Fəth Cəbhəsi” (Fəth əl-Şam) adlandırılıb. Bu addım Culaninin rəhbərliyi altındakı qruplaşmanın “Əl-Qaidə”dən ayrılması kimi şərh edilib.

 

O, 2017-ci ildə “Dəməşqin Fəth Cəbhəsi”nin ləğv edildiyini və daha böyük bir Suriya İslamçı təşkilatı olan “Heyət Təhrir əl-Şam”a birləşdirildiyini elan edib.

 

“Heyət Təhrir əl-Şam”  İŞİD-ə, “Əl-Qaidə”yə və öz torpaqlarındakı müxalif qüvvələrin çoxuna qalib gəlib. Bu təşkilat onunla ittifaqda olan Suriya Qurtuluş hökuməti vasitəsilə idarə etdiyi İdlibin böyük bir qismini nəzarət altına alıb.

 

Ərəb mətbuatı bu ilin 1 dekabrında onun Rusiya hücumları nəticəsində öldürüldüyünü yazsa da, Əl-Culani Hələb qalasını ziyarət etdikdən sonra xəbərlərin doğru olmadığı üzə çıxıb.
Culani (Əl-Şərə) barəsindəki məlumatları mətbuatdan gizli saxlamağa çalışır. “Time” jurnalı yazır ki, onun üzü görüşlərdə, hətta digər liderlərlə görüşlərdə belə örtülü olur.

 

Təşkilat maliyyə mənbələrini və döyüşçülərinin sayını açıqlamır.

Tacxeber.com

Oxşar xəbərlər