Türkiyəli bloqer Ermənistanda başına gələn hadisələrdən DANIŞDI – VİDEO
Türkiyəli bloqer Mert Aktaş 7 ildir dünyanı gəzir və sosial şəbəkələr üçün səyahət videoları hazırlayır.
Tacxeber.com xəbər verir ki, 44 ölkəyə səfər edən Mert deyir ki, bir neçə həftə əvvəl Ermənistana gedib.
Bloqerin paytaxt İrəvan və Gümrüdə başına gələnlər, ermənilərin türklərə olan nifrəti onu çox məyus edib. Hətta səyyah dinc şəkildə ətrafı çəkib izləyicilərinə Ermənistan barədə məlumat verərkən sivil polislərin sərt reaksiyasına da məruz qalıb.
“Orada “Azərbaycan” demək böyük problemdir. İnsanlar çox sərt reaksiya verirlər. Əlimdə kamera çəkiliş edirdim. Yanımdan sivil polis keçirmiş. Mənim azərbaycanlı olduğumu düşünüb. “Niyə məni sorğuya çəkirsən? Türklərə nifrət edirsən?” deyə soruşdum? O da “bəli” dedi”, – Mert Aktaş bildirib.
Yaşadıqlarından sonra bloger bir daha Ermənistana səfər etməməyə qərar verib. Mert Aktaş Ermənistandan sonra Azərbaycana gəlib.
Artıq 3 həftədir ölkəmizdədir. Burada özünü evindəki kimi hiss etdiyini deyir.