Dincəlmək üçün ən yaxşı ölkələr – Siyahı
Şəhərlərin səs-küyündən və insan izdihamından uzaqda, təbiət qoynunda dincələ biləcəyiniz ən yaxşı ölkələrin siyahısı açıqlanıb.
Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu reytinqi “BookRetreats” tərtib edib.
Mütəxəssislər mühafizə olunan ərazilərin faizi, meşə sahəsi, əhalinin sıxlığı, səs-küy və işıq çirklənməsi, əmin-amanlıq və sağlamlıq imkanları daxil olmaqla 9 amil əsasında 76 istiqaməti təhlil ediblər.
Siyahıda birinci yeri Avstraliya tutub. Burada əhalinin sıxlığı hər kvadrat kilometrə cəmi 3,4 nəfər müəyyən olunub.