Bu məşhur brendlərin parfümləri təhlükəli çıxdı – Siyahı
“Zielinski & Rozen”, “Guerlain”, “Bvlgari” və daha 10 dünya brendi parfüm məhsulları kişi və qadın sağlamlığı üçün təhlükəli hesab edilib. Bunun səbəbi isə DNT-nizi məhv edən bir qatqıdır.
Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, söhbət ftalatlardan gedir — bunlar piylənmə, sonsuzluq və ürək problemlərinə səbəb olan efir maddələridir, çünki DNT-ni zədələyir. Bununla belə, ftalatlar dırnaqların qırılmamasına, saçların formasını saxlamasına və qoxunun daha qalıcı olmasına kömək edir. Buna baxmayaraq, istehsalçılardan heç biri məhsullarında bu maddələrin olduğunu bildirməyib, halbuki bildirməli idilər.